RU

Millimizin üzvü məşqçisinə bahalı avtomobil hədiyyə etdi

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Rza Cəfərov məşqçisinə “Hyundai Elantra” markalı avtomobil hədiyyə edib.

Publika.az xəbər verir ki, bu barədə onun məşqçisi Elxan Ağayev özünün sosial media hesabında paylaşım edib.

"Birinə sahib olmaq istəyirsənsə, ona qandal yerinə qanad taxacaqsan. Uça bildiyi halda yanına yanına qonursa, o, sənindir. Bu dəyərli hədiyyə üçün təşəkkür edirəm, Rza Cəfərov", - məşqçi qeyd edib.

Qeyd edək ki, Elxan Ağayev “Neftçi”nin aşağı yaş qruplarında Rza Cəfərovun məşqçisi olub.

Избранный
31
12
publika.az

10Источники