RU

Azərbaycanın amputant millisi Millətlər Liqasında növbəti oyununu keçirib

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan yığması Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komanda İsrail kollektivini sınağa çəkib. "ASCO Arena"da təşkil olunan matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ötən gün keçirilmiş açılış oyununda Belçikanı 3:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 19-da Niderland və Ukrayna seçmələri ilə üz-üzə gələcək.

Избранный
58
1
azertag.az

5Источники