RU

Ərdoğan: Dost və qardaş Azərbaycanı ürəkdən təbrik edirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında deyilir: “Dost və qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Bu qürur dolu bir tarixdə əziz qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən salamlayıram”.

Избранный
47
5
sia.az

6Источники