BAKI, 19 oktyabr. TELEQRAF
Buryatiyada (Rusiya - red.) kütləvi zəhərlənmə olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.
Bildirilib ki,43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Zəhərlənmənin dəqiq səbəbi məlum deyil. Hadisənin təfərrüatları araşdırılacaq.