RU

Hidayət Heydərov Meksikada keçirilən turnirin qalibi oldu

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-Pri turnirində qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda Çexiya təmsilçisi Husniddin Kərimovu məğıub edib.

81 kq-da mübarizə aparan Vüsal Qələndərzadə isə finalda finlandiyalı Eetu İhanamakiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəşid Məmmədəliyev isə (73 kq) bürünc medal uğrunda görüşdə kanadalı Castin Lemirsedən güclü olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularındna Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qızıl, Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanıblar.

Избранный
82
2
teleqraf.com

10Источники