RU

Cəlilabadda iki avtomobil toqquşdu: Yaralılar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Səfərli Zülüfüqar, İdrak Rza, Musayev Əmrah, Əhimov Mahir və Məmmədov Əmrahdır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt ilə bağlı araşdırma aparılır.

Избранный
165
34
news24.az

10Источники