Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Xəsarət alanlar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.