RU

Cəlilabadda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
33
34
operativmm.az

10Источники