"Qarabağ" Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"la oyuna meydana 11 legionerlə çıxıb.

Offsideplus.az xəbər verir ki, bu hal Azərbaycan çempionatlarında 2-ci dəfə yaşanıb.

Daha əvvəl "Simurq" bunu etmişdi. 

2009/10 mövsümünün 19-cu turunun "Simurq" - "Xəzər Lənkəran" görüşündə (1:2) meydan sahibləri 11 legionerə güvənib: 77. Vitali Postranski, 4. Aleksandr Malıgin (k), 7. Gennadi Solonitsin, 8. Ruslan Qunçak, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 23. Roman Axalkatsi, 24. Andrey Raspopov, 32. Aleksandr Qolban, 33. Nenad Beqoviç.

Zaqatalada keçirilən oyunda yerli komandanın baş məşqçisi də legioner – ukraynalı Roman Pokora olub. Bu dəfə isə 11 legionerə yerli mütəxəssis Qurban Qurbanov şans verib.