Amputant futbolçulardan ibarət Azərbayca yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Ramil Həbibovun rəhbərlik etdiyi kollektiv Niderlandla qarşılaşıb.
"Bayıl Arena" stadionunda baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev rəqib komandanın qapısından keçirib.
Qeyd edək ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.