RU

Millimizin üzvü məşqçisinə avtomobil hədiyyə etdi - FOTO

Azərbaycan milli komandası və “Neftçi”nin qapıçısı Rza Cəfərov məşqçisi Elxan Ağayevə avtomobil hədiyyə edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

22 yaşlı qolkiper "Neftçi"nin aşağı yaş qruplarında məşqçisi olmuş Ağayevə “Hyundai Elantra” markalı avtomobil verib.

Məşqçi hədiyyəyə görə yetirməsinə təşəkkürünü bildirib.


Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
11
2
bizim.media

3Источники