Bundesliqanın 7-ci turunda “Bavariya” “Allianz Arena” stadionunda “Borussiya Dortmund” üzərində qələbə qazanaraq ardıcıl uğurlarını davam etdirib.
90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə Vensan Kompaninin rəhbərlik etdiyi komandanın qələbə seriyası 11 oyuna yüksəlib. Münhen təmsilçisi 2025/2026 mövsümündə indiyədək heç bir turnirdə xal itirməyib.
Komandanın son məğlubiyyəti 2025-ci ilin iyulunda baş verib — “Bavariya” həmin vaxt FIFA Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ-yə (0:2) uduzmuşdu.
Hazırda “Bavariya” Bundesliqada 7 oyuna maksimum – 21 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Borussiya” isə 14 xalla 4-cü pillədə yer alır.