RU

“Ronaldo ilə oynamaq şərəfdir”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Joau Feliks komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlama verib.

“Ronaldo hər zaman ən yaxşı olmağa çalışır. Bu onun təbiətindədir və karyerasının son gününə qədər belə olacaq. Biz onunla oynamaq şansına malikik və bu anlardan zövq almaq lazımdır, çünki hər şey sürətlə keçir.”

Qeyd edək ki, dünən keçirlən görüşdə “Əl-Nəsr”in “Əl-Fateh” üzərində 5:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda Feliks het-trik edib, Ronaldo isə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.Hazırda Joau Feliks Səudiyyə Liqasında bombardirlər yarışında liderdir – 8 qol, Kriştiano Ronaldo isə 5 qol ilə ikinci yerdədir.

Избранный
55
90deqiqe.az

1Источники