“Zelenskiyə görə ölkəmi təhlükəyə ata bilmərəm” – Tramp
Ajans.azxəbər verir ki, o, Amerikanın təhlükəsizliyi və milli maraqlarını prioritet saydığını vurğulayıb. Tramp bəyan edib ki, onun rəhbərliyi dövründəABŞheç vaxt başqa ölkələrin maraqları naminə öz təhlükəsizliyini riskə atmayacaq. “Mən Amerikanın maraqları bahasına Zelenskiyə silah verməklə ölkəmi təhlükəyə ata bilmərəm. Biz artıq illərdir başqalarının müharibələrinə sərvətimizi və resurslarımızı xərcləmişik. İndi Amerika öz problemlərinə fokuslanmalıdır”, – deyə Tramp bildirib.