RU

Azərbaycanın amputant yığması Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda qrupdakı son oyununu Ukraynaya qarşı keçirib.

"Bayıl Arena" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Milli daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb.

Qeyd edək ki, 9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. Komanda, həmçinin Millətlər Liqasının B qrupuna yüksəlib.

İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü sırada yer alıb.

4 xalı olan Niderland dördüncü, xalsız olan Belçika isə beşinci yeri tutub. Sonuncular Millətlər Liqasının D qrupuna yuvarlanıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
4
oxu.az

6Источники