Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan teleqramda bildirib.
Onun sözlərinə görə, görüş oktyabrın 21-də baş tutacaq.
“Biz xanım Qafarova ilə uzun müddətdir görüşmürük və mən hazırkı vəziyyətdə bu görüşü çox vacib hesab edirəm. Ümid edirəm ki, yaxşı keçəcək”, - Simonyan qeyd edib.