RU

Rusiyalı hakerlər Britaniyanın səkkiz hərbi bazasına hücum ediblər

BAKI, 19 oktyabr. TELEQRAF

Kremlə bağlı rus hakerlər Britaniyanın səkkiz hərbi bazasına kiberhücum həyata keçirərək Müdafiə Nazirliyinin podratçısının sisteminə daxil olub və əməkdaşların şəxsi məlumatlarını darknet şəbəkəsində yerləşdiriblər.

Teleqraf xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Bildirilir ki, rusiyalı kibercinayətkarlar Britaniya Müdafiə Nazirliyinin istifadə etdiyi texniki xidmət və tikinti podratçısının sistemini sındıraraq fayllara giriş əldə ediblər. Məlumatın sızması “fəlakətli” adlandırılıb.

Hücuma məruz qalan obyektlər arasında F-35 qırıcılarının və təsdiqlənməmiş məlumatlara görə, nüvə sursatlarının yerləşdiyi Suffolkdakı RAF Lakenheath də var.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, faktla bağlı araşdırma aparılır.

"Biz milli maraqlar üçün risk yarada biləcək kibertəhlükələrə qəti və proaktiv yanaşırıq. Müdafiə Nazirliyi ilə bağlı məlumatların darknetdə dərc edilməsi ilə bağlı iddiaları şəkildə araşdırırıq", - o deyib.

Избранный
76
teleqraf.com

1Источники