Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.
Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.
Milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz bərabərə qalıb.