RU

Napoleonun və xanımının daş-qaşlarını belə oğurlayıblar - VİDEO

Fransanın BFMTV televiziya kanalı Luvr Muzeyindəki oğurluqdan video yayımlayıb.

"Unikal" xəbər verir ki, görüntülərdə özünü muzey işçisi kimi təqdim edən naməlum şəxsin eksponatların olduğu vitrinə yaxınlaşması əks olunub.

Hadisə Apollon Qalereyasında çoxsaylı ziyarətçilərin gözü qarşısında baş verib. Yayılan görüntülərdə oğrunun ətrafdakıların diqqətini çəkmədən mühafizə vitrinini sakitcə açması görünür. 

Oktyabrın 19-da səhər saatlarında Luvr muzeyinə maskalı quldurlar hücum edib. Onlar Napoleon Bonapart və imperatriça Jozefinanın kolleksiyasından doqquz daş-qaş oğurlayıblar.

Избранный
60
unikal.az

1Источники