Meksikada keçirilən cüdo üzrə Qran-pri başa çatıb.

Offsideplus.az xəbər verir ki, cüdoçularınız turnirdə 9 medal qazanıblar. Bunlardan 6-sı qızıl olub.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan medal sıralamasında ilk yeri tutub.