RU

“Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir”

“Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiram nümunəsidir”.

Bunu Moderator.az-a açıqlamsında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyevanın Vatikana son səfəri bir sıra mühüm yeniliklərlə əlamətdardır:

“Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Mehriban Əliyeva səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşmüş, görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunmuşdur.

Səfər zamanı Bakıda ikinci Katolik Kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edildi və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Vatikan səfəri xalqımız, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən aktuallaşdırdı. Bu səfər sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm önəm verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir.

İkincisi, Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri hifz etmək üçün ardıcıl və effektiv səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür.

Mehriban Əliyevanın bu səfəri eyni zamanda sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və dini mənsubiyyətindən asılı olmayaraq, bəşər mədəni irsinə daxil olan bütün dini-tarixi və mədəni abidələrin mühafizəsinə həyati önəm verir. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, eyni zamanda Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür. Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq, tam bərpa edilib və bu proses günümüzdə də davam edir”.

Polkovnik qeyd edib ki, Birinci Vitse-prezidentin Vatikan səfəri və səfər zamanı səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər:

“Mehriban Əliyeva Vatikan zəfəri və bu səfər əsnasında görülən işlər, səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürləsində sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqda, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”.

Seymur ƏLİYEV

 

Избранный
33
2
moderator.az

3Источники