RU

Xüsusi təyinatlılar Gümrüyə yeridildi - Saxlanılanlar var

BAKI, 20 oktyabr. TELEQRAF

Ermənistan polisinin xüsusi təyinatlılar Gümrü meriyasında əməliyyat aparırlar.

Teleqraf Ermənistan KİV-ə istinadla xəbər verir ki, əməliyyat çərçivəsində meriyanın bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyatların hansı iş çərçivəsində aparıldığı barədə hələlik heç bir məlumatı yoxdur.

Məlumata görə, Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində Gümrü meriyasında Daxili İşlər Nazirliyinin Polis İdarəsi ilə birgə istintaq aparılır.

Daxili İşlər Nazirliyi və Korrupsiyaya qarşı Mübarizə Komitəsindən yerli KİV-ə bildirilib ki, yaxın vaxtlarda baş verənlər barədə ətraflı məlumat veriləcək.

Избранный
63
teleqraf.com

1Источники