RU

"The National": Azərbaycan Qəzza missiyasında iştirak edə bilər

Misirin rəhbərlik edəcəyi beynəlxalq “sabitləşdirici qüvvə” Qəzza zolağında ən azı 4 min əsgərdən ibarət olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, kontingentdə Misir qoşunları ilə yanaşı Azərbaycan, Türkiyə və İndoneziya hərbi qulluqçularının da yer alması nəzərdə tutulub, lakin həmin ölkələr hələ ki, rəsmi təsdiq verməyiblər.

Mənbə bildirir ki, qüvvə ağır silahlarla deyil - yalnız özünümüdafiə üçün atıcı silahlar və zirehli texnika ilə təchiz olunacaq və onun mandatı sülhməramlı qüvvələrin mandatına uyğun olacaq.

Planlaşdırılan əməliyyat çərçivəsində kontingentin əsas funksiyalarına səhra xəstəxanalarının yerləşdirilməsi, kritik infrastrukturların bərpasına nəzarət və dağıntılar altından ölmüş fələstinlilərin cəsədlərinin çıxarılması üçün axtarış-xilasetmə əməliyyatlarının koordinasiyası daxil ediləcək. Qəzet yazır ki, bu işlərdə təxminən 3 min yerli könüllünün də iştirakı gözlənilir.

Həmçinin mənbələr qeyd edirlər ki, qüvvə İsrailin əvvəldən geri çəkildiyi ərazilərə yerləşdiriləcək, yəni İsrail qoşunları geri çəkildikcə kontingent irəliləyəcək. Lakin “sabitləşdirici qüvvə”nın İsrailin müəyyən etdiyi təhlükəsizlik zonasına daxil edilməyəcəyi vurğulanıb.

Избранный
41
operativmm.az

1Источники