RU

Luvr muzeyi qarətdən sonra qismən ziyarətçilərə açılır

Paris muzeyində bəzi bölmələr hələ də bağlı qalacaq...

Poliqon xəbər verir ki, Parisdə yerləşən dünya şöhrətli Luvr muzeyi baş vermiş qarət hadisəsindən sonra bu gün, oktyabrın 20-də, yerli vaxtla saat 09:00-da qismən ziyarətçilərin ixtiyarına veriləcək. Bu barədə Fransanın BFMTV telekanalı muzeyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, muzeyin yalnız təhlükəsizlik baxımından yoxlanılmış və bərpa işləri tamamlanan zalları ictimaiyyət üçün açılacaq. Bununla belə, bəzi bölmələr — o cümlədən kolleksiyaların bir hissəsi saxlanılan anbar və yan qanad ekspozisiyaları — hələlik ziyarətə bağlanıb.

Hadisə ilə bağlı istintaq davam edir. Paris polisinin yaydığı ilkin məlumata əsasən, oğrular muzeyə gecə saatlarında daxil olaraq bəzi eksponatların saxlandığı anbarlara zərər vurublar. Luvr rəhbərliyi dəymiş ziyanın qiymətləndirilməsi və oğurlanan əşyaların dəqiq siyahısının hazırlanması üzərində işləyir.

Muzey rəhbərliyi bildirib ki, “zəngin mədəni irs nümunələrinin qorunması” üçün təhlükəsizlik sistemi yenilənəcək və yaxın günlərdə bütün ekspozisiyalar bərpa ediləcək.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники