RU

Goranboyda kafedə kütləvi dava - Xəsarət alanlar var

09:26 20.10.2025
09:26 20.10.2025

Goranboyda kafedə kütləvi dava olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Избранный
80
16
mynews.az

10Источники