RU

Gümrüdə mer və baş memar rüşvət ittihamı ilə həbs olunub

Ermənistanın Antikorrupsiya Komitəsi 10 min dollar məbləğində rüşvət faktını araşdırır...

Poliqon xəbər verir ki, Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhərin baş memarı Henrix Qasparyan rüşvət almaq ittihamı ilə saxlanılıblar. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Antikorrupsiya Komitəsinin məlumatına görə, vəzifəli şəxslər şəhərin Qaregin Njde küçəsində yerləşən, sahəsi təxminən 1,5 min kvadratmetr olan qanunsuz tikilinin sökülməməsi müqabilində sahibkardan 10 min dollar məbləğində pul tələb ediblər.

İstintaq məlumatına əsasən, Qukasyan və Qasparyan razılaşmaya əsasən qanunsuz obyektin sökülməsi barədə qərarın icrasını dayandırıblar. Bunun qarşılığında vətəndaşdan rüşvət alacaqları barədə ilkin razılıq əldə edilib.

Hadisə şəhər əhalisinin narazılığına səbəb olub. Gümrüdə sakinlər merin həbsinə etiraz olaraq bələdiyyə binası qarşısında toplaşıblar. Yerli polis idarəsi ictimai asayişin qorunması üçün əlavə qüvvələri əraziyə cəlb edib.

Antikorrupsiya Komitəsi bildirib ki, araşdırma çərçivəsində digər bələdiyyə əməkdaşlarının da istintaqa cəlb olunma ehtimalı var. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Poliqon.info

Избранный
80
1
poliqon.info

2Источники