"Medianın İnkişafı Agentliyinin monitorinqləri göstərir ki, 2025-ci ilin ilk 9 ayı ərzində respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan 11441 link aşkar olunub".
QHT.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib. Onun sözlərinə görə, bu, həmin dövr ərzində veb saytların yaydığı informasiyanın təxminən 9%-i anlamındadır:
"Bu linklərdən 2912-sinin xəbər başlığında “QHT” ifadəsi yer alır".