RU

Tanınmış jurnalist Orxan Əli Qiymətləndiricilər Cəmiyyətində vəzifəyə təyin olunub

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni təyinat olub. AQC rəhbəri Vüqar Orucun müvafiq əmri ilə tanınmış jurnalist Orxan Əli təşkilatın İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Əli 20 ildən çoxdur mətbuatda çalışır. “İki sahil” qəzeti, Modern.az saytlarında müxbir, Avtosfer.az saytında redaktor, Azpost.info saytında şef-redaktor olaraq çalışıb.

Eyni zamanda 2010-2012-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2012-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, 2014-2016-cı illərdə “Böyük İpək Yolu” təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan şəhidləri haqqında “Mübarizim” layihəsinin rəhbəridir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
9
azpost.info

10Источники