RU

AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar

Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.

FED.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Pulkovo" hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər", - mətbuat xidməti bildirib. (Report)

Избранный
54
10
fed.az

10Источники