RU

Diana: Zelenskinin ayağını sındıracağam

“Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniya parlamentində görünməyə cəsarət etsə, onun ayaqlarını sındıracağam”.
Teleqraf xəbər verir ki, bunu rumıniyalı deputat Diana Soşoa deyib.
“Əgər o mənim parlamentimə gəlməyə cəsarət etsə, mən onun ayaqlarını sındıracağam. Mənim parlamentimdə danışmağa cəsarət etmə!”, - Soşoa sosial media hesabında yazıb.

Siyasətçi həmçinin Kiyevi Ukraynada yaşayan rumınların hüquqlarını boğmaqda ittiham edib.

“Onlara ana dillərində danışmağa icazə verilmir, ibadət etmək və pravoslavlıq qadağandır”, - deputat əlavə edib.
Избранный
12
2
sherg.az

3Источники