ABF məşqçilərin sertifikatlaşdırılması seminarı başa çatıb.
Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki,Azərbaycan Basketbol Federasiyası tərəfindən təşkil olunan iki günlük seminar və imtahanlarda ümumilikdə 80 məşqçi iştirak edib.
Tədbir məşqçilik kateqoriyalarının verilməsi məqsədilə keçirilib.
İmtahan nəticələrinin yoxlanılması prosesi hazırda davam edir.
Qeyd edək ki, uğurla nəticə göstərən iştirakçılara uyğun məşqçilik kateqoriyası yaxın günlərdə təqdim olunacaq.