RU

Xaçmazda qəsdən öldürmə faktı: 1 nəfər həlak olub

Oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Doğru.az xəbər verir ki, Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi başlanıb.

Rafiq Həbibov şübhəli şəxs qismində tutulub, ibtidai istintaq isə davam etdirilir.

DOĞRU.AZ

Избранный
72
13
dogru.az

10Источники