RU

Sky Sport Postekoğlunun yerini kimin tutacağını açıqladı

ain.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərənin Premyer Liqa təmsilçilərindən "Nottingem Forest"in yeni baş məşqçisinin kim olacağı açıqlanıb.

Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, komanda Şon Dayça tapşırılacaq. 

Tərəflərin artıq razılığa gəldiyi bildirilib. Dayçın son iş yeri digər elita təmsilçisi "Everton" olub.

Xatırladaq ki, "Nottingem Forest"in sabiq baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasının 8-ci turunda "Çelsi"yə böyükhesablı (0:3) məğlubiyyətdən sonra istefaya göndərilib. Hazırda 5 xalı olan "meşəbəyilər" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıblar. Daha öncə Postekoğlunun yerini İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Mançininin tuta biləcəyi barədə məlumatlar yayılmışdı.

Nihat

 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
1
fanat.az

2Источники