RU

AZAL təyyarəsi Sankt-Peterburqdan qayıtmağa məcbur olub- Yenilənib

Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar. Bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Pulkovo" hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər", - mətbuat xidməti bildirib.

***

Azerbaijan Airlines şirkətinə məxsus Airbus A320 tipli təyyarə Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 reysi zamanı eniş-qaçış şassisi ilə bağlı texniki problem səbəbindən Pulkovo hava limanına geri qayıdıb.

Şirkətdən bildirilib ki, ekipaj bütün təhlükəsizlik prosedurlarına əməl edib, yanacağın boşaldılması və eniş üçün lazımi addımlar atılıb. Hava limanında bütün təcili yardım xidmətləri hazır vəziyyətə gətirilib.

Təyyarə Bakı vaxtı ilə 04:43-də Pulkovo hava limanına uğurla enib. Enərkən təyyarə zolaqdan bir qədər kənara çıxsa da, xəsarət alan olmayıb.

Bütün 155 sərnişin operativ şəkildə təxliyə olunub.

Sərnişinlərin Bakıya çatdırılması üçün AZAL tərəfindən başqa təyyarə göndərilib.

N.Təbrizli

Избранный
26
1
anews.az

2Источники