Sea Breeze

“Xiaomi” şirkəti bu gün qlobal bazarlarda AIoT portfelini genişləndirən beş yeni məhsulun buraxılışını elan edib:

Xiaomi Watch S4 41mm, Xiaomi Smart Band 10 Glimmer Edition, Xiaomi Robot Vacuum 5Xiaomi Robot Vacuum 5 Pro, eləcə də Xiaomi Smart Camera C701.

Bu yeni cihazlar ağıllı ev təmizliyi, şəxsi sağlamlıq monitorinqi², audio təcrübəyə dalma, ev təhlükəsizliyi və yeni nəsil əyləncələri əhatə etməklə gündəlik həyata dəyişiklik gətirmək üçün nəzərdə tutulub. Süni intellektin gücündən istifadə etməklə Xiaomi insanların texnologiya ilə qarşılıqlı əlaqəsini təkmilləşdirməyə davam edir, daha effektiv ağıllı ev sistemləri yaradır, insan və cihaz arasında qarşılıqlı əlaqəni yaxşılaşdırır və məlumatlara əsaslanan müasir həyat tərzini inkişaf etdirir.

Xiaomi Watch S4 41mm: zərif dizayn və genişləndirilmiş sağlamlıq imkanları

Xiaomi Watch S4 41mm zərif icra, eləcə də qabaqcıl sağlamlıq və fiziki aktivlik monitorinqi funksiyalarını özündə birləşdirir, üslub və etibarlı gündəlik iş arasında ideal tarazlıq yaradır.

1500 nitədək yüksək parlaqlığa malik 1,32 düymlük AMOLED displeyə 466 × 466 piksel¹ dəqiq genişlənmə imkanına malik bu ağıllı saat, hətta birbaşa günəş şüaları altında belə parlaq və detallı görüntünü təmin edir – istifadəçilər bildirişlərə asanlıqla baxa, məşqləri izləyə və ya gözlərini yormadan sağlamlıq göstəricilərini yoxlaya bilərlər.

Cəmi 9,5 mm korpus qalınlığına (çıxıntı elementləri olmadan)32 q çəkiyə (kəmərsiz)¹ malik cihaz bütün gün ərzində – istər məşqlər, istər iş, istərsə də gecə yuxu monitorinqi üçün olsun – rahat taxıla bilər.

Model Black, Mint Green, White və eksklüziv Sunset Gold versiyasında təqdim olunur. Sonuncu versiya qızılı Milan kəməri və qurma başlığa inkrustasiya edilmiş brilyantı ilə fərqlənir.

Xiaomi Watch S4 41mm istifadəçilərə universal seçim təklif edir – bu, təkcə sağlamlığa qulluq etmək üçün funksional alət deyil, həm də fərdiliyi vurğulayan dəbli aksesuardır.

Xiaomi Watch S4 41mm-in əsasında istifadəçinin sağlamlığı və rifahı haqqında qayğı dayanır. Yenilənmiş ürək döyüntüsü ölçmə modulu məşq zamanı daha dəqiq göstəricilərin izlənməsini təmin edir, istifadəçilərə məşqlərin effektivliyini daha yaxşı başa düşməyə və optimal yüklənmə intensivliyini dəstəkləməyə kömək edir.

Yuxunun izlənməsi funksiyası indi çoxölçülü analiz 21 günlük yuxu yaxşılaşdırma planını² əhatə edir ki, bu da istirahət keyfiyyətini artırmaq və daha sağlam yuxu vərdişləri yaratmaq üçün praktik tövsiyələr təklif edir.

Aktiv istirahət həvəskarları üçün saat qaçışla məşğul olanlar, velosipedçilər və turistlər üçün dəqiq marşrut təyinatını təmin edən iki diapazonlu GNSS pozisiyalaşdırma sistemi ilə təchiz edilmişdir.

Xiaomi Watch S4 41mm üzgüçülük və xizəksürmə də daxil olmaqla, 150-dən çox idman rejimini dəstəkləyir ki, bununla da, hovuzda, yamacda və ya idman zalında nəticələri izləməyə imkan verir.

“Sport Vlog” funksiyası istifadəçilərə məşq videosunu yazmaq üçün smartfon kamerasını uzaqdan idarə etməyə imkan verir, eyni zamanda ekranda real zaman rejimində göstəricilər – ürək döyüntüsü və yandırılmış kalorilər əks olunur.³

Səkkiz günlük avtonom iş müddəti və sürətli şarj dəstəyi⁵ sayəsində Xiaomi Watch S4 41mm intensiv həyat ritminin öhdəsindən asanlıqla gəlir və tez-tez şarj etmək ehtiyacı olmadan etibarlı işi təmin edir.

Xiaomi Smart Band 10 Glimmer Edition: gündəlik fitnes-trekerin parlaq yenilənməsi

Xiaomibrendi, taxıla bilən cihazlarda innovasiyaların 10 illiyini tərzin və funksionallığın ahənginə dəyər verən istifadəçilər üçün yaradılmış “Xiaomi Smart Band 10 Glimmer Edition qolbağının buraxılışı ilə qeyd edir.

Premium dizaynı ilə seçilən Glimmer Gold modeli trekeri həm idman məşğələləri, həm ofis, həm də təntənəli tədbirlər üçün uyğun olaneleqant aksesuara çevirir.

1500 nit parlaqlığa və 60 Hz¹⁰ yeniləmə tezliyinə malik 1,72 düymlük AMOLED displey hətta günəş işığında belə parlaq, rəvan və aydın görüntü, tətbiqləri çevirərkən və ya statistikanı yoxlayarkən isə sürətli reaksiyanı təmin edir.

Bundan əlavə, “Xiaomi Smart Band 10 Glimmer Edition” qolbağını kulon¹¹ və ya çanta breloku kimi istifadə etməklə funksionallığa xələl yetirmədən obrazınıza fərdilik qata bilərsiniz.

“Xiaomi Smart Band 10 Glimmer Edition” istifadəçilərə sağlamlıq və idman sahəsində məqsədlərinə çatmaqda kömək etmək üçün yaradılıb. Məşqlərin izlənməsi 150-dən çox idman rejimi sayəsində cihaz istənilən aktivlik növündə inkişafı qeydə almağa, şəxsi hədəflər qoymağa və motivasiyanı qorumağa kömək edir.

Genişləndirilmiş yuxu analizi istirahət keyfiyyətinin yaxşılaşdırılması və sağlam vərdişlərin formalaşdırılması üçün sadə və əyani tövsiyələr təklif edir.²

İdmançıların məşqlərin intensivliyini real zaman rejimində izləyə bilməsi üçün ürək yığılmasının tezliyi haqqında məlumatların ötürülməsi funksiyası qolbağı kənar fitnes cihazları ilə, məsələn, velokompüterlərlə sinxronlaşdırmağa imkan verir.

“Xiaomi HyperOS” əməliyyat sistemi ilə işləyən qolbaq həm də ağıllı idarəetmə mərkəzi funksiyasını yerinə yetirir¹²: onun köməyi ilə qoşulmuş cihazlara nəzarət etmək, təqdimat slaydlarını idarə etmək və kameranı məsafədən istifadə etmək mümkündür.

Tənzimlənə bilən 200-dən çox siferblat¹³ və normal istifadə zamanı 21 günədək⁶ işləməni təmin edən 233 mA·s həcmli batareya “Xiaomi Smart Band 10 Glimmer Edition” qolbağını dinamik həyat tərzi üçün ideal yol yoldaşına – dəbli, funksional və davamlı alətə çevirir.

“Xiaomi Robot Vacuum 5” və “Xiaomi Robot Vacuum 5 Pro”: süni intellekt dəstəyinə malik ağıllı və effektiv təmizlik

“Xiaomi”, istifadəçilərin müxtəlif ehtiyaclarını nəzərə alaraq hazırlanmış iki modeldən ibarət “Xiaomi Robot Vacuum 5” seriyasını təqdim edir.

20000 Pa¹⁴ sovurma gücü sayəsində “Xiaomi Robot Vacuum 5 Pro” tozu, ev heyvanlarının tüklərini və iri zibili effektiv şəkildə təmizləyir. dToF (Direct Time-of-Flight) Smart Retractable Radar texnologiyası tozsoranın yerdən 9,5 sm¹⁵-dən hündür olan mebellərin altına daxil olmasına imkan verir ki, bununla da, adi tozsoranlar üçün çətin əlçatan olan yerləri təmizləyir və əlavə səy göstərmədən evin hər yerində qüsursuz təmizliyi təmin edir.

Model üçlü kamera sayəsində maneələrdən yayınma¹⁷çirklərin tanınması¹⁶  funksiyalarını əhatə edən təkmilləşdirilmiş süni intellekt sistemi ilə təchiz edilmişdir ki, bu da cihaza təmizləmə strategiyasına real zaman rejimində düzəlişlər etməyə və hətta qarışıqlıq olduqda belə, məkanda istiqaməti daha dəqiq müəyyən etməyə imkan verir.

Yenilənmiş baza döşəmə silgisinin 80°C¹⁸ temperaturda isti su ilə yuyulmasını dəstəkləyir, əvvəlcədən müəyyən edilmiş su temperaturuna malik “Smart” rejiminiçirklənmə sensorları¹⁹ ilə aktivləşdirilən avtomatik təkrar təmizləmə dövrlərini ehtiva edir – bütün bunlar əl əməyini minimuma endirməklə başlıqların ideal təmizliyini təmin edir.

Öz növbəsində, “Xiaomi Robot Vacuum 5” tozsoranı daha nazik korpusda eyni 20000 Pa sovurma gücünü“dToF Smart Retractable Radar” texnologiyasını  birləşdirir¹⁴. S-Cross™ dual-line structured light texnologiyası nahamar obyektləri dəqiq müəyyən etməyə və toqquşmalardan yayınmağa, eyni zamanda optimal təmizləmə marşrutlarını izləməyə imkan verir.

Standart baza suyun temperaturunun tənzimlənməsini dəstəkləyir, özünü təmizləyən altlıq isti hava ilə  iki saatlıq qurutma funksiyası²⁰ ilə təchiz edilmişdir, bu da qulluğu əhəmiyyətli dərəcədə asanlaşdırır və əllə təmizləmə ehtiyacını minimuma endirir. Bu model premium keyfiyyətli gücəistifadə asanlığına dəyər verən istifadəçilər üçün idealdır.

Hər iki model maksimum rahat, qayğısız təmizləməni təmin edir. Çıxarıla bilən  döşəmə silgisi başlığı və yan fırçaya²¹ malik ikiqat qol künclərin 100% təmizlənməsini təmin edir²², hətta ən çətin əlçatan yerlərdə belə toza və çirkə şans vermir.

5200 mA·s²³ həcmli akkumulyator sayəsində tozsoranlar bir dəfə şarj olunmaqla 140 dəqiqəyə²⁴ qədər işləyir və bir dövrəyə tam şarj olunur, bu da böyük məkanları fasiləsiz təmizləməyə imkan verir.

“Xiaomi Smart Home” tətbiqi ilə inteqrasiya rejimləri və təmizlik qrafikini rahat idarə etməyi təmin edir, Alexa və Google Assistant²⁵ dəstəyi isə cihazı səsli əmrlərlə idarə etməyə imkan verir.

“Xiaomi Robot Vacuum 5” “Xiaomi Robot Vacuum 5 Pro” birlikdə istifadəçilərə sadə və intuitiv təmizləmə və ya süni intellekt əsaslı ağıllı sistem arasında seçim imkanı verir. Hər iki model müasir ağıllı evlər üçün ideal həll olmaqla – güclü sovurmanı, dəqiq naviqasiyanı və minimum səylə qulluq imkanını təmin edir.

Xiaomi Smart Camera C701: 4K Ultra HD və süni intellekt əsaslı intellektual təhlükəsizlik sistemi

Xiaomi Smart Camera C701, 4K Ultra HD genişlənməli videonu təmin edən 8 meqapiksellik sensor6 elementli optik obyektiv sayəsində etibarlı ev monitorinqinitəmin edir.

HDR (High Dynamic Range)³² rejimi işıqlı və qaranlıq bölgələri balanslaşdıraraq, həm gündüz, həm də gecə vaxtı istənilən işıqlanma şəraitində simaların və ətraf detalların aydın görünməsini təmin edir.

Tam rəngli gecə görüntüsü infraqırmızı rejim uşaqların və ya ev heyvanlarının yuxusuna mane olmamaq üçün görünən qırmızı parıltı olmadan³⁶ 10 metrədək məsafədə aktivliyi qeydə almağa imkan verir³³.

Məşğul ailələr üçün kamera insanları, uşaqları və ev heyvanları tanıyan süni intellektlə təchiz edilmişdir.

Süni intellekt-bildiriş sistemi baş verən vacib hadisələr haqqında xəbərdarlıq edir:

  • valideynlər uşağın ağlaması zamanı bildirişlər alırlar,
  • heyvan tanıma rejimi³⁷ ev heyvanlarının hərəkətini izləyir,
  • insan aktivliyi detektoru insanın siluetini və hərəkətini müəyyən edir, şübhəli hərəkətlər haqqında xəbərdarlıq edir və işıqlanmadakı dəyişikliklər və ya heyvanların hərəkətindən meydana gələn yanlış siqnalların sayını azaldır.

Obyektivin mexaniki örtüyü tam məxfilik nəzarətini təmin edir və istifadəçiyə istifadə edilmədikdə kameranı fiziki olaraq bağlamağa imkan verir.

Yüksək səslərin aşkarlanması panoram baxış kimi əlavə funksiyalar gözlənilməz səs-küyə və ya hərəkətlərə dərhal reaksiya verərək qorunma səviyyəsini artırır.

Xiaomi Smart Camera C701rahatlıq və komfort üçün yaradılıb.

Google Assistant və ya Amazon Alexa²⁵ vasitəsilə səsli idarəetmə əltoxunuşu etmədən real zaman rejimində videolar izləməyə imkan verir.

Səsboğucu mikrofonlargüclü dinamiklə təchiz edilmiş ikitərəfli audioəlaqə doğmalar və ya ev heyvanları ilə real zaman rejimində təbii ünsiyyəti təmin edir.³⁸

İki diapazonlu Wi-Fi 6 dəstəyi sabit bağlantı və gecikməsiz videoyayımı təmin edir, microSD kartında və ya buludda³⁹ məlumatların təhlükəsiz saxlanılması isə vacib qeydləri etibarlı şəkildə qorumaqla yanaşı, həm də onları istənilən vaxt əlçatan edir.

Qiymət və məhsulların mövcudluğu

Xiaomi” brendinin Xiaomi Watch S4 41mmXiaomi Smart Band 10 Glimmer Edition, Xiaomi Robot Vacuum 5, Xiaomi Robot Vacuum 5 ProXiaomi Smart Camera C701məhsullarınırəsmi pərakəndə satış tərəfdaşları olan “KontaktBaku Electronics” mağalarından əldə edə bilərsiniz.

  • Xiaomi Watch S4 41mm: 399 AZN-dən başlayan qiymətlərlə
  • Xiaomi Smart Band 10 Glimmer Edition: 199 AZN-dən başlayan qiymətlərlə
  • Xiaomi Robot Vacuum 5: 1699 AZN-dən başlayan qiymətlərlə
  • Xiaomi Robot Vacuum 5 Pro: 1999 AZN-dən başlayan qiymətlərlə
  • Xiaomi Smart Camera C701: 129 AZN-dən başlayan qiymətlərlə

Məhsullar haqqında ən son məlumatlar üçünKontaktBaku Electronicsin saytlarını və səhifələrini izləyə bilərsiniz.

“Xiaomi Corporation” haqqında

“Xiaomi Corporation” 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (kod: 1810.HK) qeydiyyatdan keçib.

“Xiaomi” – əsasını Əşyaların İnterneti (IoT) ekosistemində birləşən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikası və “ağıllı” cihazlar üzrə ixtisaslaşmış şirkətdir.

Özünün “İstifadəçilərlə dostlaşmaq və onların qəlbində ən yaxşı şirkət kimi yer tutmaq” baxışına sadiq qalan “Xiaomi” şirkəti daim innovasiyalara, yüksək istifadəçi təcrübəsinə və iş effektivliyinə çatmağa can atır.

Şirkət, dünyadakı hər kəsin innovativ texnologiyalar sayəsində daha yaxşı həyatdan zövq ala bilməsi üçün ədalətli qiymətlərlə heyrətamiz məhsullar istehsal edir.

“Xiaomi” dünyada aparıcı smartfon istehsalçılarından biridir. 2025-ci ilin iyun ayına olan məlumata görə, smartfon və planşet istifadəçiləri də daxil olmaqla, qlobal aylıq aktiv istifadəçi (MAU) sayı təxminən 731,2 milyon nəfərə çatıb. “Xiaomi” həmçinin 2025-ci ilin 30 iyun tarixinə qədər təxminən 989,1 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan AIoT-un (AI+IoT) yaradıcısıdır.

  • cü ilin oktyabr ayında “Xiaomi” yenilənmiş “Human x Car x Home” (“İnsan × Avtomobil × Ev”) strategiyasını təqdim edib. Bu, şəxsi cihazları, ev və avtomobillər üçün “ağıllı” əşyaları birləşdirən vahid intellektual ekosistemdir.

Hər zaman insanyönümlü olması ilə fərqlənən “Xiaomi” şirkəti bütün sahələrdə  vahid və əlaqəli istifadəçi təcrübəsini təmin etməyə çalışır.

“Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2025-ci ilin iyul ayında şirkət ardıcıl yeddinci dəfə “Fortune Global 500” siyahısına daxil olub və bu siyahıda 297-ci yeri tutub.

Xiaomiaşağıdakı əsas indekslərin tərkibinə daxildir: Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX