RU

Aldadılaraq qaçırılan seneqallı futbolçunun meyiti taplıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Seneqallı qapıçı Şeyk Ture Qanada ölü tapılıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 18 yaşlı qolkiperin qaçırılaraq qətlə yetirildiyi güman edilir.

İddiaya görə, futbolçuya yalandan əvvəlcə peşəkar klubda baxışda olacağı, daha sonra isə onunla rəsmi müqavilə imzalanacağı vəd edilib. Daha sonra isə onun ailəsindən pul tələb olunub. İstənilən məbləği toplamaq mümkün olmadığında gənc qolkiper cinayətkarlar tərəfindən qətlə yetirilib.

Seneqal Xarici İşlər Nazirliyi Qana səlahiyyətliləri ilə birgə araşdırmaların başlandığını elan edib.

Избранный
56
3
azertag.az

6Источники