
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və dörd aylıq ev dustaqlığına məhkum edilib.
AFN.az-ın xəbərinə görə, Ramiz Mehdiyevin mühafizəçisi Qənbər Unikal.az-a açıqlamasında bildirib ki, sabiq PA rəhbəri hazırda özünü yaxşı hiss edir.
“Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ramiz Mehdiyev ev dustaqlığını "Avropa" otelinin yaxınlığındakı, Tiflis prospektində yerləşən villasında çəkir.
