Bakı. Trend:
Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öztəcrübəsində yaşayıb.
Trend xəbər verir ki, Bu fikri Milli Məclisin sədri SahibəQafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitarnormaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi”mövzusunda müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərindəErmənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxınazərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər vəbeynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinintəcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazibütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdəgenişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinəbaşlayıb.
Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb vəbu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir vəoxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi iləölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətəsadiqliyinin sübutudur.