RU

İşçi qrupunun görüşü keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəlilik prinsipinə əsasən 2024-cü ildə qəbul etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna sədrliyini 2025-ci ildə də davam etdirir. Sədrlik çərçivəsində üzv dövlətlərlə kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanır. AMB-dan SİA bildirilib ki, 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanıb. Bu istiqamətdə irəli sürülən təşəbbüslərin davamı olaraq 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib. Mövzu üzrə aparılmış araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda müzakirə olunub və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.

Qeyd edək ki, bu fəaliyyət AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyənləşdirilmiş kapital bazarları istiqaməti üzrə təşəbbüslərə uyğun olaraq investisiya alətlərinin çeşidinin artırılması və islam maliyyəsi aləti olan Sukuk kimi yeni maliyyə məhsullarının təşviqinə xidmət edir.

Избранный
11
6
sia.az

10Источники