Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xaçmazda 34 yaşlı şəxs güllələnib.Xaçmaz Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.