RU

“Atletik” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”lə “Qarabağ” arasında keçiriləcək III tur oyununu idarə edəcək hakimlər müəyyənləşib.

90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zabenitsa və İvan Mixal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriça yerinə yetirəcək.

VAR sisteminə isə Xorvatiyadan İvan Bebek, onun köməkçisi qismində isə isveçrəli Fedayi San nəzarət edəcək.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Избранный
56
6
90deqiqe.az

8Источники