RU

Lavrov və Rubio iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların icrasını müzakirə ediblər

Moskva, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Tərəflər oktyabrın 16-da prezidentlər Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımlarla bağlı konstruktiv müzakirələr aparıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Избранный
60
50
azertag.az

10Источники