
“Red Bull”un holland pilotu Maks Verstappen 2025 “Formula 1” Dünya Çempionatının 19-cu raundunda, ABŞ Qran Prisində qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, yarış Texas ştatının Ostin şəhərində keçirilib.
İkinci yeri “McLaren”i təmsil edən britaniyalı Lando Norris tutub. Üçüncü yeri “Ferrari”nin moneqasklı Çarlz Lekler tutub.