Sankt-Peterburqda “təmizlənmə seansı” faciə ilə bitib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqun mərkəzində “təmizləmə” seansı zamanı sekta üzvü ölüb.
Sankt-Peterburqda 39 yaşlı kişi ezoterik “ruhun və bədənin təmizlənməsi” seansı zamanı dünyasını dəyişib.
Komsolmolsk-na-Amuredən olan Ivan adlı şəxs son illərdə ezoterik və mistik təlimlərə maraq göstərir, daha sonra isə şübhəli dini qrupa qoşulub.
O, Dostoyevski küçəsində sevgilisi ilə yaşayırdı. Qadın evdə olmadığı vaxt Ivan “tam təmizlənmə seansı” keçirməyə qərar verib və dostlarına mesaj göndərərək “ölə biləcəyini” yazıb.
Bir müddət sonra onu naməlum məhlulun damcısı altında huşsuz vəziyyətdə tapıblar. Təcili tibbi yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az