Bakı. Trend:
Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin HimayəçilərŞurasının 5-ci iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda ölkəmizdəsəfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarınrəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-AzərbaycanUniversitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti,İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu TexnikiUniversitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə - Azərbaycan Universitetinin illikhesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib.İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha datəkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsiistiqamətində fikir mübadiləsi aparıblar.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, Ali TəhsilŞurasının sədri Erol Özvar cari ildə Türkiyə-AzərbaycanUniversitetinə qəbul olunmuş tələbələrlə də görüşüb.