RU

Bu ölkədə güclü zəlzələ oldu

Filippinin cənub-şərq sahillərində rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri İzabela əyalətinin Santyaqo şəhərindən 93 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən həftə Filippinin Luzon adası yaxınlığında 6,1 bal gücündə zəlzələ baş vermişdi. Union Siti sahillərində baş verən zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmamışdı. Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Filippin Sakit okeanın zəlzələ zonasında yerləşir. Nəticədə hər il ölkə ərazisində çoxsaylı orta və yüksək maqnitudalı zəlzələlər baş verir.

Избранный
42
20
metbuat.az

10Источники