RU

Deputat efirdən əvvəl bahalı saatını gizlicə ÇIXARDI – VİDEO

Fransız deputat vergi mövzusunda efirə çıxmazdan əvvəl bahalı saatını gizlicə çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Fransa parlamentinin deputatı Lui Boyar BFMTV kanalında yüksək gəlirlərə vergi mövzusunda çıxış etməzdən əvvəl bahalı qol saatını səssizcə çıxarıb.

Hadisə efirə az qalmış kameralara düşüb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İstifadəçilər deputatı “süni sadəlik nümayiş etdirməkdə” və “populizmə əl atmaqda” ittiham ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
28
1
interpress.az

2Источники