RU

Aİ: Türkiyə bizim Qara dəniz və Mərkəzi Asiya təşəbbüsümüzün mərkəzindədir

Aİ: Türkiyə bizim Qara dəniz və Mərkəzi Asiya təşəbbüsümüzün mərkəzindədir

Avropa İttifaqı genişlənmə üzrə komissarı Marta Kos Qara Dəniz və Orta Asiya ölkələri ilə ilk əhatəli görüşlərini keçirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kos bu barədə Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl mətbuata açıqlama verib. O, görüşlərin iki sessiyada təşkil olunduğunu bildirib.

"Qara Dəniz Bölgəsində Təhlükəsizlik, Sabitlik və Dayanıqlıq" adlı birinci iclasda Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna iştirak edib. "Regionlararası Əlaqə Gündəliyinin İnkişafı" adlı ikinci iclasda isə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təmsil olunub.

Kos qeyd edib: "Ermənistan və Azərbaycan sülhə yaxınlaşdıqca, bizim Avropa, Türkiyə və Mərkəzi Asiyanı birləşdirən etibarlı ticarət yolları qurmaq üçün unikal imkanımız var. Türkiyə bizim işimizin mərkəzindədir və coğrafiyası onu Avropanı Asiya və Yaxın Şərqlə birləşdirən təbii mərkəzə çevirir."

O əlavə edib ki, Aİ və bu ölkələrin gələn ay Özbəkistanda da görüşü nəzərdə tutulur və Ankara ilə regionun təhlükəsizliyinin təmin olunması üçün koordinasiyanı dərinləşdirəcəklər.

Избранный
108
afn.az

1Источники