Berlin, 20 oktyabr, AZƏRTAC
Berlinin Noyköln rayonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, azı səkkiz nəfər xəsarət alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi, ölən şəxsin qadın olduğu bildirilir. Xəsarət alanların dördü uşaqdır.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib.
Hadisə yerinə Berlin Yanğınsöndürmə Xidmətinin 100-dək əməkdaşı cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
 
                        