RU

“Müharibənin sonuna yaxınlaşırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiya ilə müharibənin mümkün sonuna hər zamankından daha yaxındır.

News24.az UNIAN-a istinadla xəbər verir ki, dövlət başçısı bu prosesi, əsasən, ABŞ Prezidenti Donald Trampın diplomatik səyləri ilə əlaqələndirib.

Zelenskinin sözlərinə görə, müharibənin sürətlə bitməsi real deyil:

“Çünki Ukrayna artıq üç ildən çoxdur ki, Rusiya ordusuna qarşı mübarizə aparır. Buna baxmayaraq, dünyada müharibənin dayandırılması ilə bağlı güclü siyasi tələb formalaşır”.

Prezident əlavə edib ki, Ukrayna 25 “Patriot” hava hücumundan müdafiə sistemi almaq üçün müqavilə imzalamağa hazırlaşır:

“Sistemlərin tədarükü bir neçə mərhələdə həyata keçiriləcək və proses istehsalla paralel aparılacaq. Layihə, əsasən, dondurulmuş rus aktivləri hesabına maliyyələşdiriləcək, lakin 28 ikitərəfli təhlükəsizlik sazişi çərçivəsində digər mexanizmlər də müzakirə olunur”.

Избранный
217
2
news24.az

3Источники